Qol.Az

Con Terri cəzalandırıldı


 

Con Terri cəzalandırıldı

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Çelsi"nin kapitanı Con Terrinin qırmızı vərəqəsinin ləğvi ilə bağlı müraciətini müsbət cavablandırmayıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qurum 36 yaşlı müdafiəçiyə 1 oyunluq cəza tətbiq edib. Bu isə o deməkdir ki, C.Terri İngiltərə Premyer Liqasının 21-ci turunda "Lester"lə oyunu buraxacaq.

Qeyd edək ki, "Lester" - "Çelsi" görüşü yanvarın 14-ü keçiriləcək.

 





11.01.2017    çap et  çap et