Məşhur şahmatçı Vüqar Həşimov futbolçu ampulasında

Məşhur şahmatçı Vüqar Həşimov futbolçu ampulasında
ÖLKƏ FUTBOLU 13 İyun 2009 / 17:18 3535
-  A +

Azərbaycanlı şahmatçı Vüqar Həşimov yaxşı şahmatçı olduğu kimi, həm də futbol oynamağıda bacarır. Qol.Az-ın məlumatına görə, Həşimov dünən Rusiyanin Poykovski qəsəbəsində yekun vurulan Anatoli Karpovun şərəfinə təşkil olunan beynəlxalq turnirdə yaxşı futbolçu olduğunu ortaya qoyub. Yarışın istirahət günlərinin birində şahmatçılarla yerli futbol həvəskarları arasında yoldaşlıq matçı keçirilib.Oyunda 11 nömrəli formanı geyinən Vüqar Həşimov hücumçu mövqeyində çıxış edib və üzərinə düşən vəzifənin öhdəsindən gəlib. Həmyerlimiz görüşün son dəqiqəsində komandasını məglubiyyətdən xilas edib. Hesab 4-5 olarkən Vüqar uzaqdan güclü zərbəylə bərabərliyi yaxalayıb - 5:5. Matç elə bu hesabla da sona çatıb.

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə