Almaniya Futbol Liqası koronavirusa görə Almaniya Bundesliqasının və ikinci Bundesliqanın bərpa müddətini uzatmağı planlaşdırır.
Qol.az liqanın saytına istinadən xəbər verir ki, liqanın idarə heyətinin videokonfransında 30 aprelə qədər yarışların dayandırılması tövsiyə olunub.
Açıqlamada yerli çempionatın iyunun 30-dək tamamlanacağına ümidlərin qaldığı, lakin hər şeyin koronavirus pandemiyası ilə bağlı vəziyyətin inkişafından asılı olacağı vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Almaniya Bundesliqası və ikinci Bundesliqasının oyunları aprelin 2-dək təxirə salınmışdı.
İlham Əliyev: "Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir"
MEDİA müsabiqə elan etdi
"Bizim vəzifəmiz hər oyunda qalib gəlməkdir"
Çempionlar Liqasında yeni rekord müəyyənləşdirdi
Əfsanəvi futbolçunun oğlu Azərbaycan millisinə 3 qol vurdu
Emin Mahmudov da millinin oyununu buraxa bilər
Ayxan Abbasov: “İslandiya daha çox təzyiq altındadır”
Millimiz seçmə mərhələyə ağır məğlubiyyətlə başladı
Zirkze “Mançester Yunayted”dən ayrıla bilər