"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Lüksemburq "Düdelanj"ı ilə oyundan (1:1) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.
- Hamımız üçün yaxşı olmayan nəticə ilə qrupu başa vurduq. Maraqlı oyun oldu. Meydanda hər şey gördük - həm qollar, həm də qırmızı vərəqə. Futbolçularıma təşəkkür edirəm. Əziyyətlərinə görə məğlub olmadılar.
İkinci hissəyə pis başlamadıq. Sadəcə olaraq, qırmızı vərəqə gözlənilməz oldu. APOEL ilə matçdan sonra futbolçular çox məyus idi, sanki mövsüm bitmişdi. Onları toparlamaq lazım idi. Bu gün istəkli idilər. Qol buraxandan sonra riskə getdik, bizi əks-hücumda da tuta bilərdilər.
- Qrupda sınma anı hansı oldu?
- Nəticəyə baxsaq, APOEL-ə səfərdə 1:2 hesabı ilə uduzduğumuz oyun oldu. Hesabı açanda sonra 2 - 3 qol da vura bilərdik. Həmin görüşdən sonra sanki bizim üçün bütün mövsüm bitdi, futbolçular çox məyus idi. Bu gün 3-cü yeri qorumaq haqda düşünürdük. "Keşlə" ilə kubok matçı da bizim üçün önəmlidir.
- "Qarabağ" qrupda 3-cü oldu. Komandanızın bəxti gətirmədi, yoxsa qanunauyğunluqdur?
- Hər oyunda yaxşı nəticə qazanmaq istəyirik. Bəxtimizin gətirmədiyini də söylədiyimiz matçlar oldu. APOEL ilə matçlardakı qədər qol epizodu yaratdığımız görüş olmayıb. Ancaq bu o demək deyil ki, APOEL 2-ci yerə layiq deyil.
- Azarkeşlər, futbol ictimaiyyəti artıq "Qarabağ"ın Avropa Liqasında qrupa düşməyini adi qarşılayırlar. Bu barədə nə deyə bilərsiniz?
- Qrup mərhələsi heç də asan deyil. Avropada orta səviyyəli çempionatlar həddindən artıq inkişaf etməyə başlayıb. Əlbəttə, hər il bir addım irəli getmək istəyirik. Ancaq alınmırsa, bundan əl çəkməli deyilik. Mən "Qarabağ"a gələndə komanda neçə il idi çempion ola bilmirdi yaxşı komandalar vardı. Lakin biz çəkinmədik, üzərlərinə getdik və sonda çempion olduq.
- İli "Qarabağ" üçün uğurlu saymaq olar?
- Desəm ki, uğurlu hesab etmək olar - bu, düzgün çıxmaz. Uğursuz adlandırmaq da olmaz. Çempion olduq, hazırda da Premyer Liqada birinci pillədəyik. Qarşıda kubok matçı da var. Ən azından bu mövsüm yenə Avropa Liqasında qrupda oyandıq. "Sevilya" kimi komandanı bura gətirdik. Məncə, uğursuz deməyək. Uğursuz desək, futbolumuz hara qədər gedəcək? Zatən klublarımız bir-bir sıradan çıxacaq. Böyük klubları Bakıda görürüksə, bunu uğursuz saymayaq.
- Jurnalistlər arasında sorğuda yenə ilin məşqçisi seçildiniz. Bir mütəxəssis buna nail olmaq üçün nə etməlidir?
- Həmişə işimə sadiq olmağa çalışmışam. "Qarabağ"da mənə etimad ediblər, bunu doğrultmağa çalışıram. Son illər komanda avrokuboklarda qruplarda oynayıb. Yəqin ki, buna görə seçiblər.
- "Qarabağ"da nəsil dəyişməyə ehtiyac var?
- Komanda nəticə üçün oynayırsa, nəsil dəyişmək çətindir, risk olar. Son 4-5 ildə Azərbaycana futbolçu gətirmək çətinləşib. Türkiyədə legioner limitinin ləğvi bizim üçün zərbə oldu. Digər tərəfdən, çempionatın səviyyəsi yüksəlməli və daha yaxşı büdcə olmalıdır.
“Azərbaycan millisi düz yoldadır” - Arnar Qunnlauqsson
Mert Çelik üzr istədi
İslandiyaya yenə uduzduq
"Napoli" “Liverpul”un futbolçusu ilə maraqlanır
“Barselona”dan “Çelsi”yə keçidim böyük bir səhv idi"
"Bizə qarşı oynamaq çox çətin olacaq"
Almaniya millisinin heyətində ciddi itkilər var
Azərbaycan - İslandiya oyununun heyətləri açıqlandı
"Qarabağ"ın rəqibinin baş məşqçisi istirahətə yollandı
Messini stadiona icazəsiz kim buraxıb?
Azərbaycanın voleybol millisi finalda uduzdu
2-ci liqada 6 oyunun hakimləri məlum oldu
Ronaldo: "Futbolda ən çətin şey qol vurmaqdır"
Mançininin təyinatı açıqlandı
İlham Əliyev: "Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir"
"Bavariya"dan Noyer qərarı
Azərbaycan boks yığması Polşa ilə qarşılaşacaq
Baş məşqçi bu il 3-cü dəfə ağır cəza aldı - 5 oyun
"Milan"ın gözü 18 yaşlı hücumçuda
AFFA-dan "Turan Tovuz"un futbolçusuna cəza, klublara cərimə
Samir Abasov 4 oyunluq cəzalandırıldı
Millimizin UEFA İnkişaf Turniri üçün heyəti açıqlandı
Təmsilçilərimizdən İslamiadada daha bir bürünc medal
Azərbaycan - İslandiya oyununu yayımlayacaq kanal
MEDİA müsabiqə elan etdi
70-dən çox idmançıdan UEFA-ya İsraillə bağlı çağırış
"Laporta qalsa, "Barselona"nın gələcəyi olmayacaq"
"Sabah"ın hücumçusu əməliyyat olundu
Bakıya Kamavinqanın əvəzinə Türam gələcək
"Fənərbaxça" Levandovski üçün danışığa başladı
Avropa zonasında 8 oyun - DÇ-2026
"Vulverhempton"un yeni baş məşqçisi açıqlandı
Açılış və final bu stadionlarda olacaq - “Avro-2028”
Kub sahibi, yoxsa baş məşqçi?
Azərbaycan təmsilçilərindən tarixi uğur
Millimizin İslandiya ilə oyundan öncə son məşqindən - Video
"Bizim vəzifəmiz hər oyunda qalib gəlməkdir"
Çempionlar Liqasında yeni rekord müəyyənləşdirdi
Əfsanəvi futbolçunun oğlu Azərbaycan millisinə 3 qol vurdu
Emin Mahmudov da millinin oyununu buraxa bilər
Ayxan Abbasov: “İslandiya daha çox təzyiq altındadır”