Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti görüşünü keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İslandiya ilə qarşılaşıb. 8-ci km stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, matçdan sonra millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
"Xal qazanmaq istəyirdik. Buna inanırdıq. Təəssüf ki, uduzduq. Rəqibin gücü bəlli idi. Bilirdik ki, onlar bu görüşə son oyun kimi baxırdılar. Yaxşı komandadır. Ukrayna ilə müqayisə etsək, komanda olaraq daha yaxşı təsir bağışlayır. İkinci hissə daha yaxşı olduq. Birinci hissədə fürsətlər oldu, soyuqqanlı olsaydıq, vura bilərdik. Sadə qollar buraxdıq. İtkilər və yeni oyunçularımız var idi. Sona qədər mübarizə apardıq. Fransa ilə son oyunumuz qalıb. Ona hazırlaşacağıq".
- Rəqibin baş məşqçisi dedi ki, Azərbaycan ikinci hissədə daha yaxşı idi. Mümkün penalti epizodu haqda fikriniz necədir?
- Bəhanə kimi fikir bildirmək istəmədim. Bu gün hakimlik bizə qarşı idi. Rüstəm Əhmədzadə sarı vərəqə epizodu oldu. Təəssüf ki, oyunu buraxacaq. Orada məncə penalti var idi. Emin Mahmudova təşəkkür edirəm. Bir məşqlə bu ağır oyunda oynadı. Onun oynaması vacib idi. Müdafiəçilərimizin birinci hissədəki daha soyuqqanlılığı çatmadı. Rəqibin gümrah olmasından irəli gəlirdi.
- Rüfət Abbasovun oyununu necə qiymətləndirirsiniz?
- Rüfət bu gün qazandıq. Onu, Xəyal Əliyevi də. İnanıram ki, gələcəkdə də belə davam edərlər.
- Niyə künc və stanadrt zərbələri asmalar edirdik, yerlə ötürmələr etmirdik?
- Rəqibin boşluqları var idi. Təəssüf ki, biz yaxşı icra etmədik. Deməzdim ki, onlar müdafiədə o qədər yaxşı idilər. Ən boşluq olan yerlərindən biri standart vəziyyət idi.
- "Qarabağ"da mütəmadi çıxış etməyən Abbas Hüseynov bu gün start heyətində yer aldı. Sırf Abbasın oynamasının xüsusi səbəbi var?
- Ona qalsa, bir çox futbolçular oynamır. Abdulla Xaybullayev də oynamır. O yaxşı idi, ona görə.
- Fransa ilə oyun öncəsi heyətdə dəyişikliklər çox olacaq?
- Biz bu iki oyuna hazırlaşanda, beynimizdə fikir var idi. Rüstəm Əhmədzadənin vərəqə limitinə düşməsi planları pozdu. Dəyişiklik olacaq. Duruma da baxacağıq. Bilirik Fransadır, rəqib haqda danışmağa dəyməz. Səfərdə də onlarla mübarizə apardıq. Bu gün gerçək var ki, qrupdakı rəqiblər bizdən güclüdür. Qəbul etmək istəmirik, amma çox çətin qrup idi. Futbolçular üçün son matçlar vacibdir.
- Fernandu Santuşun dövründə milli D liqasına yuvarlandı. DÇ-2026-nın seçmə mərhələsində 1 xal qazanıb. Millidən irəliləyiş gözləməyə dəyər?
- Olar. Buna inanırıq. Ruhdan düşmək lazım deyil. Hələ komandamız da gəncdir, get-gedə də gəncləşir. Birinci məqsəd olmalıdır ki, C liqasına qayıdaq. Bu oyunlara o baxışla da yanaşırıq. Çünki ora tam hazır olmaq lazımdır. Gələcəyin işidir. Millidə böyük nəticə haqda fikirləşmək tezdir. Amma çalışmaq lazımdır.
- Fransa ilə oyunöncəsi heyətlə bağlı nə düşünürsünüz?
- Emin Mahmudov, Elvin Cəfərquliyev böyük itkidir. Heyət geniş də deyil. 70-75 dəqiqə oynayacağını fikiləşirdik. Amma 2-ci matçı da fikirləşdik. Zədəsi sağalıb. Amma bilirdik ki, "Neftçi"də 1 məşq edib, derbi oynamışdı. Fransa ilə görüşdə 60-65 dəqiqə oynamaq gücü olacaq. (sportal.az)
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"
Bu qələbə ilə "Sabah"a rəqib oldular - Video
"Qarabağ"la oyuna "Tərəkəmə"nin sədası ilə gəldilər - Video
Argentina millisinin üzvü "Bayer"də
Aleksis Sançesin transferi açıqlandı
“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - Video
“Turan Tovuz”dan yenilik
"Sabah"ı pley-offa aparan qollar - Video
Çempionlar Liqasında "pley-off"çular müəyyənləşdi
KL-də 2 komanda mərhələ adladı
Avroliqada cavab oyunları başladı
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?