"Qəbələ"dən yeni legioner transferi

"Qəbələ"dən yeni legioner transferi
ÖLKƏ FUTBOLU 30 Oktyabr 2019 / 11:46 6288
-  A +

"Qəbələ" heyətinə yeni oyunçu cəlb edir.

Komandanın baş məşqçisi Elmar Baxşıyevin Qol.az-a verdiyi məlumta görə, "qırmızı-qaralar" keçmiş futbolçusu İbrahima Niasse ilə razılıq əldə edib. O, seneqallı yarımmüdafiəçinin yaxın günlərdə "Qəbələ"yə qoşulacağını bildirib.

Qeyd edək ki, 2013-2014 mövsümündə də "Qəbələ"də çıxış etmiş 31 yaşlı futbolçu 29 oyuna 1 qol vurub. O, ölkəmizdə "İnter"də oynayıb. "Qəbələ"dən 2014-cü ildə ayrılan Niasse “Mordoviya” (Rusiya), “Konkordiya” (Rumıniya), “Delhi Dinamos” (Hindistan), “Levadiakos” (Yunanıstan) və “Raca Kasablanka” (Mərakeş) klublarında çıxış edib.

Daha çox


Son xəbərlər