“Səbail”in kapitanı Rahid Əmirquliyev Qol.az-a müsahibə verib. Komandasının bu mövsümdəki çıxışını dəyərləndirən təcrübəli yarımmüdafiəçi ötən tur “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları oyuna da toxunub.
- Artıq “Səbail” bürünc medalları və Avroliqaya vəsiqəni təmin edib. Yəqin ki, kapitan olaraq, komandanın çıxışını qənaətbəxş sayırsınız...
- Çempionatı 3-cü yerdə başa vurmaq bizim üçün böyük nəticədir. Deyərdim ki, tək mən yox, klub rəhbərliyi də çıxışımızdan razıdır. Yeni yaranmış komandanın bürünc medal qazanması həm futbolçular, həm rəhbərlik, həm də azarkeşlər üçün nailiyyətdir.
- Mövsümün əvvəlində desəydilər ki, “Səbail” çempionatı 3-cü pillədə bitirəcək, inanardınız?
- Əlbəttə, çempionat başlayanda heç kim “Səbail”in üçüncü olacağına inanmırdı. Qarşımızda belə bir vəzifə də yox idi. Ancaq çempionatın gedişində göründü ki, “Səbail” bürünc medallar uğrunda oynamağa layiqdir. Özümüzə inandıq. Yaxşı heyətimiz var. Şükürlər olsun ki, axırda belə oldu.
- “Səbail” tarixində ilk dəfə Avroliqada çıxış edəcək. Avrokubok təcrübəsinin olmaması çıxışınıza nə dərəcədə təsir edə bilər?
- Təbii ki, gənc komandayıq, ilk dəfə avrokuboklarda çıxış edəcəyik. Təcrübə yoxdur. Amma bizdə Avroliqa görmüş futbolçular var. Ona görə də düşünürəm ki, təcrübəsizlik mane olmamalıdır. Düzdür, Avroliqa təcrübəsi olmayan futbolçularımız da çoxdur. Onsuz da hər şeyin ilki olur.
- Sizcə, avrokuboklarda uğurlu çıxış etmək üçün komandanın güclənməyə ehtiyacı var, yoxsa hazırkı heyət kifayət edəcək?
- Məncə, avrokuboklarda da uğurlu çıxış etmək üçün yaxşı heyətimiz var. Ancaq komandanı gücləndirsələr, daha yaxşı olardı. Bu, rəhbərliyə, məşqçilərə aid məsələdir. Ona görə qarışmaq istəmirəm. Sadəcə, öz fikrimi bildirirəm ki, güclənsək, Avroliqada da uğur qazana bilərik.
- Son turda “Qarabağ”a 0:4 hesablı məğlubiyyət barədə nə deyə bilərsiniz?
- Əlbəttə, böyük hesabla uduzduğumuza görə məyus olduq. İstəməzdik ki, belə olsun. Ancaq futboldur, istənilən nəticə ola bilər. "Qarabağ" layiqli qələbə qazandı.
- Mövsümün sonunda müqaviləniz başa çatır. Gələcəyiniz haqda nə düşünürsünüz?
- Çox güman ki, komandada qalacağam. Rəhbərliklə danışmışam. Sadəcə, məsələni rəsmiləşdirmək qalıb. Bu da 4-5 günə öz həllini tapacaq. Yeni müqavilə də 1 illik olacaq.
Elnur SALAHOV
“Barselona” səfərdə darmadağın edildi - Video
“Şamaxı” 3 xalı 1 qolla qazandı - Video
“Səhvlərimizi etiraf edirik“ - Kaxaber Sxadadze
“Sabah”ın oyunçusunun bel sümüyü sındı
Ayxan Abbasov: “Fasilə dönəmi ilə bağlı planlarımız var“
“Eyüpspor” Selçuk Şahinlə yollarını ayırdı
“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır
“Sabah” və “Şamaxı” səfərdən 3 xalla qayıdır
“Qalatasaray”ın müdafiəçisi 3-4 həftə oynaya bilməyəcək
“Sabah”ın səfər qələbəsi - Video
Valdas Dambrauskas: “Oyunboyu dominant tərəf biz idik“
Mbappe Azərbaycan millisi ilə oyunu buraxa bilər
Qəbələdə heyətlər açıqlandı
Noyer Müllerin rekorduna şərik oldu
Millimizin Avropa çempionatı üçün yekun heyəti
Arne Slotdan antirekord
"Karvan-Yevlax" - "Sabah": Heyətlər
U-19 millimiz Özbəkistanla qarşılaşacaq
"Araz-Naxçıvan" Naxçıvana gedir
U-21 millimizin də heyəti açıqlandı
Voleybol millimizin rəqibləri bilindi - Avropa çempionatı
"Kopenhagen"ə qol vuracağıma inanırdım" - Emmanuel Addai
III MDB Oyunlarında günün proqramı
"Real"ın növbəti qələbəsi - Video
Millimizin üzvü oynadı, komandası uduzdu
Ağlasığmaz təklif
Yaşar Sultanov vəfat edib
“Bavariya” 3 xalı 3 qolla qazandı - Video
Azərbaycan cüdoçularından 21 medal - III MDB Oyunları
İstanbul derbisində 2 qol, 1 qırmızı vərəqə - Video
“Traktor” yenə qələbə qazana bilmədi
“Çelsi” “Liverpul”u məğlub etdi - Video
AFFA prezidenti millimizi təbrik etdi
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”
Mixal Bilek: “Azərbaycan millisi çox müdafiə olunacaq”
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi