İqbekoyi ABŞ klubunda
"Zirə"dən ayrılan Viktor İqbekoyinin yeni klubu bəlli olub.
Qol.az-ın xəbərinə görə, nigeriyalı yarımmüdafiəçi karyerasına ABŞ-da davam edəcək. O, 2-ci Liqa təmsilçisi "Nort Kalorina"ya keçib. Bu barədə klubun saytı xəbər yayıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu 12 il Azərbaycanda çıxış edib. O, "Zirə"dən başqa, "Turan”, "Qarabağ” və AZAL-da da çıxış edib.