“Məğlubiyyət xoşagəlməz oldu, hakimlər bu görüşdə bizi "öldürdülər". Nə baş verdiyini qəbul edə bilmirəm. Hakim penaltini nəyə əsasən verdi? Mən orada qayda pozuntusu görmədim. Hakim bizə haqsızlıq etdi. Əminəm ki, bu cür penalti “Çelsi”nin qapısına heç vaxt verilməzdi”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Görüşün baş hakimi Manuel de Souzanın idarəçiliyindən narazılığını gizlətməyən haitili futbolçu rəqib futbolçularla forma dəyişdirməməsinin səbəbini də açıqlayıb: “Final fitindən sonra elə pis olmuşdum ki, heç kəslə epizodu müzakirə eləmədim. Hətta “Çelsi”nin futbolçuları ilə formamı belə dəyişmədim. Ümumiyyətlə, məğlubiyyətdən sonra belə şeylər etməyi xoşlamıram. Fərqi yoxdur, “Çelsi” ilə oynamışıq, yaxud bir başqa klubla”.
Geryenin fikrincə, artıq “Roma” ilə oyunu düşünmək lazımdır: “Artıq hər şey geridə qaldı. Bu oyunu unudub, qarşıdakı matçalara hazırlaşmaq lazımdır. Qrupdakı son oyunumuzu “Roma”ya qarşı keçirəcəyik. Səfərdə oynayacağıq və heyətdə kifayət qədər itkilərimiz var. Çətin olacaq, amma yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik”.
Rəşad Sadıqovun qırmızı vərəqə alıb meydandan qovulmasından sonra müdafiədə oynamağa məcbur qaldığını bildirən yarımmüdafiəçi bu mövqedə çıxış etməyin onun üçün çətin olduğunu etiraf edib: “Öz oyunumdan razı qalmadım. Baş məşqçi məni məcburiyyətdən müdafiəyə çəkdi. Orada oynamağa məcbur idim. Ancaq mən hücumameylli futbolçuytam və ön xətdə oynamaq mənə daha rahatdır. Ancaq lazım gələndə hər mövqedə oynamalısan. Müdafiədə sonuncu dəfə 19-20 yaşlarımda oynamışam. Ona görə də mənə çətin idi”.
"İrəvan" – "Difai Ağsu" - Video
Konfrans Liqasında ilk finalçı bilindi
"Ağdaş"ın 3 cavabsız qolu - Video
"Real" - Bavariya": Start heyətlər
Hakan Çalhanoğlu “İnter”də ayın futbolçusu seçildi
"Ağdaş"dan qələbə
1-ci Liqada 25-ci tur başladı
Misli Premyer Liqasında 35-ci turun oyun cədvəli açıqlandı
“Real” - “Bavariya” oyunu bu kanallarda
Klaudio Bravo La Liqa klubundan ayrılır
"Kəpəz"in ilk transferi bilindi
Məşhur hakim oyundan sonra niyə ağlayıb? - Şəkillər
Marko Roys qərarını verdi
"Qarabağ"ın məbədi olan "İmarət"dən yeni görüntülər - Video
Rahil Məmmədov Polşada klubunu dəyişəcəkmi?
Hakimi təhqir etdi, 5 oyunluq cəzalandırıldı
"Qol vurmalı ilk adam mən idim" - Mbappe