Millimizin təyyarəsində həyəcan - Video

Millimizin təyyarəsində həyəcan - Video
VİDEO 10 Oktyabr 2016 / 13:09 7500
-  A +

Oktyabrın 10-da DÇ-2018-in seçmə mərhələsində Çexiya yığması ilə səfər görüşünə gedən millimizi aparan təyyarədə nasazlıq yaranıb.

APA TV-nin məlumatına görə, daha sonra nasazlıq aradan qaldırılıb və təyyarə uçuşu davam etdirib. Bundan sonra təyyarənin göyərtəsində maraqlı anlar yaşanıb. Həyəcanı aradan qaldırmaq üçün təyyarədəki xanım müxbir milli komandanın hər bir üzvünün adını çəkməyə başlayıb. Bu futbolçularımız və texniki heyətin alqışları ilə müşayiət olunub. İlk iki turda maksimum nəticə göstərən yığmamıza Çexiya səfərində də uğurlar arzulayan xanım buna inandığını söyləyib.

Yığmamızı aparan təyyarə Çexiyanın Ostrava şəhər aeroportuna uğurlu eniş enib.



Son xəbərlər
topaz banner