“Çox ağır oyun oldu. Hesabda geri düşsək də, vəziyyəti düzəldib, tarazlıq yaratdıq. Hətta önə də keçdik. Artıq 2:1 hesabı ilə irəlidə olarkən, 3-cü qol vurmağa çalışır, qələbəni qoruyacağımıza, qalib gələcəyimizə inanırdıq. Lakin təəssüflər olsun ki, bunu bacarmadıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Maynts"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, rəqibin çox güclü olduğunu bildirib:
"Xüsusilə də fiziki cəhətdən. Məğlub duruma düşdükdən sonra xeyli artırdılar və matçı öz xeyirlərinə dəyişdilər. “Maynts” bundesliqa klubudur. Heyətində çox güclü futbolçular var. Onlar çempionatda “Bavariya”, Dortmund “Borussiya”sı kimi rəqiblərlə oynayır”.
Komandaya yeni qoşulmasına baxmayaraq, məsuliyyəti üzərinə götürən R.Qurbanov penaltini soyuqqanlılıqla qola çevirməsini özünəinamla bağlayıb:
“Matçdan öncə baş məşqçimiz penalti olacağı halda, zərbəni kimin vuracağını demişdi. Həmin anda mən sakit, həyəcansız idim. Özümə inanırdım. Yeni klubumda 11 metrlik zərbənin mənə həvalə olunması sevindiricidir. Bu etimada görə baş məşqçimizə təşəkkür edirəm. Zərbəni yerinə yetirərkən, son addımımda qapıçının bir küncə hərəkət etdiyini gördüm və artıq qol vurmaq asan oldu. Baş məşqçimizin komandanın oyunundan razı olması yaxşıdır. Lakin öz oyunumdan tam razı qalmadım. Bunda rəqibin də rolu oldu. Çox güclü komanda olduğundan bütün meydanı bağlamışdılar. Biz boşluqlar axtarmağa məcbur idik. Çalışacam ki, üzərimdə işləyib, oyun planında daha da artırım”.
R.Qurbanovun fikrincə, ilk iki matçda məğlubiyyətə baxmayaraq, qrup mərhələsində uğurla çıxış etmək şansları itirilməyib:
“Mərhələ keçmək üçün hələ şansımız var. Arxada qalan oyunları yaxşı təhlil edəcəyik. Səhvlərimizi müəyyənləşdirəcəyik ki, bir daha təkrarlamayaq. Belə olan halda nəticə də qazana bilərik”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi