"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasında III turdan təxirə salınmış "Sumqayıt"la oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qarşılaşmadan öncə qapının yanında düşüncəli görünürdüz. Həmin anda nə barədə düşünürdüz?
- Hər şeyi beynimdə fırladırdım. Həmişə belə edirəm. Həm öz futbolçularımı, həm rəqibi izləyirdim. Bunu etməyi sevirəm.
- İlk “11-lik”də müəyyən eksperiment etmişdiniz. Lakin komanda qol vura bilməyincə aparıcı oyunçuları meydana buraxdınız...
- Birinci hissədə strateji cəhətdən düzgün oynamadıq. Rəqib böyük qüvvəylə müdafiə olunduqda, daha sürətli və cəsarətli oynamalıydıq. Biz isə daha çox topu nəzarətdə saxlayırdıq. Fasilədə bunu oyunçulara başa saldım. Söhbət əvəzetmədən oyuna daxil olanlardan getmir. Bütün komandadan danışıram. Sevindiricidir ki, gənclər ikinci yarıda onlardan istədiyimi verdilər.
- Qarşıda daha bir çempionat oyunu, ardınca “Maynts”la görüş gəlir. Ardıcıl meydana çıxmaq çətindir?
- Əlbəttə, ağırdır. Amma heç vaxt bundan şikayətlənməyəcəm. Avroliqada oynayan komandanın belə qrafikdən şikayətlənmək ixtiyarı yoxdur.
- Hazırda Rəşad Sadıqov və Bədavi Hüseynovdan başqa futbolumuzda aparıcı mərkəz müdafiəçisi yoxdur. Bu gün Murad Musayevə şans verdiniz. O, gələcəkdə yığmamıza fayda verə bilər?
- Azərbaycan yığmasında peşəkar mütəxəssislər çalışır. Onlara məsləhət vermək niyyətim yoxdur. Murada gəldikdə o, bu gün meydanda xeyli iş gördü. O, üzərində çalışır.
- “Qəbələ” bu gün qələbə qazanmaqla lider oldu. Bu məqam oyundan əvvəl futbolçularda psixoloji təzyiq yaratmışdı?
- Oyundan əvvəl futbolçulara bu barədə danışdıq. Çempionat yeni başlayıb. Ancaq istənilən halda, bu, xoş duyğudur.
- “Sumqayıt”ın baş məşqçisi ilk qolun ofsayddan vurulduğunu iddia edib, ədalətsiz məğlubiyyətlə üzləşdiklərini deyəcək. Nəzərə alsaq ki, ötən mövsüm analoji hallarla kifayət qədər üzləşmisiniz, Samir Abasova yazığınız gəlmir?
- Ötən mövsüm biz də 15-18 xaldan məhrum olduq. Ancaq bizə yazığı gələn olmadı. Dayandığım yerdən ofsaydın olub-olmadığını görə bilməzdim. Yəni, bu sualı şərh edə bilmirəm.
- Oyundan sonra futbolçularınız istidən şikayətləndilər. Olmazdı ki, oyun 17:00-da deyil, daha gec başlayaydı?
- Haqlısınız. Oyunun başlama vaxtını təyin edəndə hava şəraiti nəzərə alınmalıdır. Gələcəkdə bu məsələdə daha diqqətli olmaq lazımdır.
Mənbə: futbolxeber.az
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi