"Qarabağ"ın İtaliyaya səfər planı müəyyənləşib

"Qarabağ"ın İtaliyaya səfər planı müəyyənləşib
XƏBƏR 21 Sentyabr 2016 / 00:51 4869
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk səfər matçına yollanacağı tarix müəyyənləşib.

Qol.az xəbər verir ki, bu haqda məlumat verən klubun direktoru Əmrah Çəlikəl "Fiorentina" ilə oyuna görə sentyabrın 27-də İtaliyaya üz tutacaqlarını bildirib.

Çəlikəl səfərə 2 gün əvvəl yollanmağı nəzərdə tutduqlarını söyləyib. Təmsilçimiz Bakıdan Florensiyaya çarter reysilə gedəcək.

Xatırladaq ki, "Fiorentina" - "Qarabağ" matçı sentyabrın 29-da Bakı vaxtilə saat 23:00-da keçiriləcək (sportnet.az).

Son xəbərlər
topaz banner