Futzal üzrə dünya çempionatının final mərhələsində çıxışını davam etdirən Azərbaycan millisi 1/8 finalda Taylandla qarşılaşacaq.
Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, asiyalılarla oyundan öncə FIFA-nın təşkil etdiyi mətbuat konfransına yığmamızın hücumçusu Oliveira Villiams de Nascimento da qatılıb.
Qısaca Vassouro adlanan millimizin 10 nömrəsi görüşlə bağlı bunları söyləyib: “Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdur. Təbii ki, hər kəs seçimində azaddır. Azərbaycan mənim ürəyimdir, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram.
Tayland yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq. Rəqibimizin hazırkı heyəti 4-5 ildir bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi.
Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Üç ilə yaxındır bu komanda ilə birgə işləyir. Aut və kornerlər zamanı müxtəlif “ev tapşırığı” yerinə yetirirlər”.
Olise də sıradan çıxdı
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu