"Azərbaycan millisi layiqli qələbə qazandı"

"Azərbaycan millisi layiqli qələbə qazandı"
ÖLKƏ FUTBOLU 4 Sentyabr 2016 / 23:10 6567
-  A +

"Daha yaxşı oyun gözləyirdik. Azərbaycan layiqli qələbə qazandı. Bizim çıxışımız da yaxşı idi. Komanda fiziki cəhətdən aşağı səviyyədə idi". 

Qol.az-ın məlumatına görə, bunu San Marino yığmasının baş məşqçisi Pyerancelo Mansaroli DÇ-2018-in seçmə mərhələsində millimizlə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Daha sonra baş məşqçi jurnalisltərin suallarını cavablandırıb.

- Qırmızı vərəqə komandanın çıxışına necə təsir göstərdi?

- Komanda ikinci hissəyə bir qədər yaxşı başladı. Amma qırmızı vərəqə bizi bir qədər çətin vəziyyətə saldı. Bu səbəbdən də təsnifat mərhələsinə uğurlu nəticə ilə başlaya bilmədik.

- Həmin epizodda qırmızı vərəqə verilməsi düzgün qərar idi?

- Həmin futbolçu çox gəncdir. Brolli gələcəkdə komanda üçün faydalı olacaq. Sadəcə onun gənc olması belə şərait yaratdı.

- Qələbədə Robert Prosineçkinin rolu oldu, yoxsa Azərbaycan millisinin?

- Fikrimcə baş məşqçinin... Məşqinin göstərişləri böyük rol oynadı. Ancaq ümumilikdə komanda nəticəni həll etdi.

Sonda verilən "Tribunaların boş qalmasının səbəbi nə idi? 6 600 tutumu olan stadiona təxminən 900 azarkeş gəlmişdi ki, onun da yarısı azərbaycanlı idi" sualını cavablandırmayan meydan sahiblərinin çalışdırıcısı və rəsmisi konfrans zalını tərk edib.

Daha çox


Son xəbərlər