UEFA nümayəndələri bu gün “Qarabağ”a görə Bakıya gəlir.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a bildirib ki, sabah onlar Avroliqanın qrup mərhələsinin “Qarabağ” – “Slovan” (Çexiya) oyununun keçirilməsinin nəzərdə tutulduğu “Dalğa Arena”, eləcə də əvvəlcədən qitənin ali futbol qurumuna sifariş olunan əsas arena – Tofiq Bəhramov adına Respublika stadionunun durumunu yoxlayacaqlar.
Qeyd edək ki, “Dalğa Arena” UEFA kateqoriyasının üçüncü dərəcəsinə aid olduğu üçün Avroliqanın qrup oyununu qəbul edə bilməz. Məsələ burasındadır ki, qrup oyunlarını qəbul etmək üçün stadion dördüncü kateqoriyaya aid olmalıdır. Hazırda “Dalğa Arena”nın meydançasında problem yoxdur. Amma tamaşaçı tutumunun azlığı (6700) səbəbindən stadion qrup oyunları üçün tələblərə cavab vermir. Qrup oyununu qəbul etmək istəyən stadionun ən azı 8 min tamaşaçı tutumu olmalıdır.
Bununla belə, “Qarabağ”ın oyununun “Dalğa Arena”da keçiriləcəyinə icazə veriləcəyi istisna olunmur. Çünki Tofiq Bəhramov adına Respublika stadionun meydançasının durumu hazırda qarşıdakı oyunu qəbul etməyə imkan vermir. Elə bu səbəbdən “Qarabağ” matçın “Dalğa Arena”da keçirilməsi üçü UEFA-ya müraciət edib.
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu