“Azərbaycanlı həkimlərin sayəsində həyatdayam” – Toni Adams

“Azərbaycanlı həkimlərin sayəsində həyatdayam” – Toni Adams
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2016 / 11:45 4833
-  A +

“Qəbələ Qafqazın kiçik şəhərlərindən biridir. Orada işləmək mənə böyük təcrübə qazandırdı”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq idman direktoru Toni Adams deyib.

“Arsenal”ın əfsanəvi futbolçularından olan Adams hazırda Çinin “Çonqqinq Lifan” klubunda gənclərin inkişafı departamentinin rəhbəri  vəzifəsində çalışır.

Yeni işi ili bağlı xarici mətbuata açıqlama verən 50 yaşlı mütəxəssis Çində olmaqdan məmnunluğunu bildirib: “Çonqqinq Lifan”da problemlər çoxdur. Ancaq müəyyən müddətə qədər bu problemləri aradan qaldırmaq olar. Lazımı tədbirlər görəcəyik. Məqsədimiz 3-5 ilə stabil komanda formalaşdırmaqdır. Bundan sonra çempionatda yüksək yerlər uğrundan mübarizə apara bilərik.
İngiltərəli mütəxəssis Çin mətbəxi haqda da danışıb: “Çində qərb restoranları var. Bundan başqa istədiyim hər şeyi dükanlardan ala bilirəm. Buna görə də heç bir problemlə üzləşmirəm”.

Ötən il Bakıda ürəyindən əməliyyat olunan Adams səhhətinin yaxşı olduğunu qeyd edib:
“Azərbaycanda əməliyyat olundum. Çox gözəl başa düşürəm ki, həkim Üzeyir Rəhimov və onun Bakıdakı tibbi komandası olmasaydı, indi burda deyildim”.

Daha çox


Son xəbərlər