Əvvəl Qurbanov, sonra Pivarnik

Əvvəl Qurbanov, sonra Pivarnik
XƏBƏR 31 İyul 2016 / 17:35 8783
-  A +

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya Plzen" (Çexiya) qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfranslarının vaxtı bəlli olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, avqustun 1-də "Azərsun Arena"nın mətbuat “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubumun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Viktoriya Plzen"in baş məşqçisi isə saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Çexiya təmsilçisinin son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda keçiriləcək.

Son xəbərlər
topaz banner