Nazarovun komandasından növbəti heç-heçə

Nazarovun komandasından növbəti heç-heçə
XƏBƏR 31 İyul 2016 / 00:54 4265
-  A +

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu ikinci bundesliqa təmsilçisi "Erçqebirqe" son yoxlama oyununu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Aue təmsilçisi bu dəfə Almaniya Cənub-Qərb Regional liqasında oynayan "Valdhof" qarşılaşıb.

Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə 1 dəfə fərqlənən komandalar meydandan 1:1 bərabərliklə ayrılıb. D.Nazarov 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Erçqebirqe" daha öncə Bundesliqa təmsilçisi "Hannover"lə 3:3 bərabərə qalıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner