"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?
XƏBƏR 30 İyul 2016 / 20:28 14309
-  A +

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya" matçının biletləri bu gün satışa çıxarılıb.

Qol.azın məlumatına görə, səhər saatlarından etibarən görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında biletlərin satışına start verilib.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza verdiyi açıqlamasında saat 18:00-a olan məlumata görə artıq 6 min biletin satıldığını bildirib.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1-5 manat arasında dəyişir. VİP sektoruna isə biletlərin qiyməti 30 manatdır.

Qeyd edək ki, avqustun 2-də keçiriləcək "Qarabağ" - "Viktoriya" oyunu saat 20:30-da başlayacaq. Bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

18.06.26  22:50

Vitinyadan yeni rekord

topaz banner