Edin Cekodan ayrılıq iddialarına cavab

Edin Cekodan ayrılıq iddialarına cavab
XƏBƏR 27 İyul 2016 / 14:15 4635
-  A +

"Roma"nın hücumçusu Edin Ceko komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, xəbəri təkzib edən bosniyalı futbolçu "Roma"da qalacağını deyib:

"Hazırda "Roma"nın futbolçusuyam. Gələcəyim də bu komandaya bağlıdır. Haqqımda çıxan ayrılıq xəbərləri şayiədən başqa bir şey deyil. Əgər klubdan getmək istəsəydim, bunu yanvar ayında edərdim".

Qeyd edək ki, 30 yaşlı futbolçu ötən mövsüm "Roma"da keçirdiyi 31 oyunda 8 qol vurub.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner