Qvardiolanın "Mançester Siti"də yeni qaydaları

Qvardiolanın "Mançester Siti"də yeni qaydaları
XƏBƏR 27 İyul 2016 / 12:24 8449
-  A +

"Mançester Siti"nin futbolçusu Qael Klişi baş məşqçisi Pep Qvardiolanın yeni qaydaları haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, təcrübəli mütəxəssisin bazaya pizza gətirilməsini qadağan etdiyini deyib.

Bundan başqa o, Qvardiolanın çəkisi artan oyunçulara da sərt qadağalar qoyduğunu bildirib. Belə ki, ideal çəkisindən uzaq olan futbolçular hələ də komanda ilə hazırlıqlarda iştirak etmir.

Klişi bildirib ki, Qvardiolaya görə qapıçılar ayaqlarından yaxşı istifadə etməli, müdafiəçilər topla daha yaxşı oynamağı bacarmalıdır.

Klişi onu da qeyd edib ki, baş məşqçilərinin fikrincə, futbol 11 yarımmüdafiəçi ilə belə oynanıla bilər.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner