"Qarabağ"la oyunlara yaxşı hazırlaşmalıyıq"
"Keçirdiyimiz oyunların hamısı bizim üçün önəmlidir. Komandanı daha da möhkəmləndirməyə çalışırıq. Futbolçularımdan tələb etdiyim oyun elementlərini meydanda görmək istəyirəm".
Qol.az-ın məlumatına görə, bu sözləri Çexiya çempionu "Viktoriya"nın baş məşqçisi Roman Pivarnik klubun rəsmi saytına açıqlamasında deyib. Çexiyalı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqiblərini izlədiklərini və qarşıdakı oyunlara yaxşı hazırlaşmalı olduqlarını bildirib:
"Təbii ki, Çempionlar Liqasındakı rəqiblərimizi izləyirik. Həmin oyunların hazırlıqlarına başlamışıq. Qarşıdakı görüşlərə yaxşı hazırlaşmalıyıq və öz oyunumuzu göstərməliyik. Əgər belə etsək, istəyimizə nail olacağıq". Komandadakı bəzi zədəli futbolçuların olduğuna toxunan Pivarnik deyib: "Bəzi oyunçularımızın yüngül zədəsi var. Amma ümumilikdə bütün futbolçular məşq edirlər. Çempionlar Liqasındakı oyunlara qədər bütün futbolçular 100 faiz hazır olacaq".