Daha bir futbolçu yığmadan getdi

Daha bir futbolçu yığmadan getdi
XƏBƏR 29 İyun 2016 / 18:23 6751
-  A +

Avstriya millisinin müdafiəçisi Kristian Fuks yığmadakı karyerasını başa vurub.

Qol.az-ın xəbərinə görə, 30 yaşlı futbolçu bu barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Sabiq kapitan "Avro-2016"da uğursuz çıxış edən Avstriya millisindən getməyə qərar verib. O, bununla bağlı səhifəsində yerləşdirdiyi videoda yığmadakı çıxışını yekunlaşdırdığını açıqlayıb.

Qeyd edək ki, 2006-cı ildən Avstriya millisində oynayan Fuks keçirdiyi 78 oyunda 1 qol vurub.


Son xəbərlər
topaz banner