Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa Liqasının finalına vəsiqə qazanıb.
Faiq Qarayevin baş məşqçi olduğu yığma bu uğura yarımfinalda Yunanıstan üzərində hər iki oyunda qazandığı qələbə sayəsində nail olub.
Bakıdakı Voleybol Mərkəzində keçirilmiş bugünkü təkrar qarşılaşmada millimiz ilk görüşdə olduğu kimi, 3:1 hesabı ilə qalib gəlib. İlk setdə rəqibin ciddi müqaviməti ilə üzləşən meydan sahibləri 25:22 hesabı ilə üstün olsa da, növbəti setdə böyük fərqlə uduzub - 9:25. Lakin sonrakı setlərdə komandamız çətinlik çəkmədən qələbəyə nail olub - 25:15, 25:16.
Finalda Azərbaycanın rəqibi Slovakiya olacaq. Bu komanda yarımfinalda Sloveniyanı hər iki görüşdə yenib - 3:2, 3:1.
Həlledici qarşılaşmalar iyunun 30-da və iyulun 3-də keçiriləcək. Hələlik oyunların məkanı və başlama saatı müəyyənləşməyib (Sportnet.az).
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi
Keyn ərəb klubuna keçir?
“Fənərbaxça” 17 illik həsrətə son qoya bilər
"Neftçi" serbiyalı futbolçu transfer etdi