"Kəpəz" - "Daçiya" oyununun biletləri satışa çıxarılır

"Kəpəz" - "Daçiya" oyununun biletləri satışa çıxarılır
XƏBƏR 24 İyun 2016 / 13:16 4878
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Daçiya” (Moldova) oyununun biletləri satışa çıxarılır.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bilet satışı həm Bakıda, həm də Gəncədə təşkil olunacaq.
 
Azarkeşlər paytaxtda iyunun 27-i saat 14:00-dan 19:00-dək, iyunun 28-i isə saat 12:00-dan 16:00-dək Respublika stadionunun kassasından, saat 17:00-dan sonra “Dalğa Arena”nın kassasından bilet ala bilərlər. Gəncədən bilet almaq istəyənlər üçün satış iyunun 28-i saat 10:00-dan 14:00-dək şəhər stadionunun kassasında olacaq.
 
Qeyd edək ki, iyunun 28-də “Dalğa Arena”da keçiriləcək “Kəpəz” – “Daçıya” oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər
topaz banner