Əfsanəvi italiyalı futbolçu Andrea Pirlo Farih Terim haqda sensasiyalı fikirlər səsləndirib.
Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, hazırda ABŞ-ın “Nyu-York Siti” klubunda oynayan Pirlo özünün xatirələr kitabında “Milan”da Fatih Terimin rəhbərliyi altında çıxış etdiyi dövrlərə də toxunub.
“Berluskoni ilə Ançetlotti arasında qarşılıqlı hörmətə dayanan münasibətlər vardı. Amma “Milan”da heç də bütün məşqçilərin klub rəhbəri ilə belə münasibəti yox idi. Götürək, elə Fatih Terimi. O, qaydalara allergiyası olan insan təsiri bağışlayırdı. “Milan”a gəldiyi ilk günlərdən burada çox işləməyəcəyi aydın idi. Gözlənildiyi kimi də oldu. Qısa müddət sonra qovuldu. Terim İtaliyaya gələnə qədər istədiklərini diqtə etdiyi aşağı səviyyəli klublarda çalışmışdı. Amma bura “Milan” idi. Burada elə qaydalar vardı ki, ona hökmən əməl etməli idin. Məsələn, şam yeməyinə gec gəlirdi. “Milan”ı təmsil etdiyi tədbirlərə qalstuk taxmadan gedirdi, sonra isə evində onu kimsə gözləyirmiş kimi, heç kimə xəbər vermədən oranı tərk edirdi.

Qalliani (“Milan”ın vitse-prezidenti – red.) isə masada tək qalmaq məcburiyyətində qalırdı. Məşqlərdə onu Con Travolta kimi qərib, rəngli paltarlarda görürdük. Bütün fəaliyyəti boyu yanında dəliyə bənzər bir tərcüməçi gəzirdi. Onun beş dəqiqəlik danışığını könülsüz şəkildə bizə çatdırır və cəmi beş saniyəyə yerləşdirmək istəyirdi. Tərcüməçisi bir dəfə Terimə media ilə bütün əlaqələrini tamamilə kəsməyi tövsiyə etdi. Təsəvvür edirsiz, media ilə əlaqələri kəsmək... Tamamilə... Və “Milan”da. Qarşılıqlı əlaqələrin hər şeydən önəmli və mükəmməl olduğu bir klubda”.
Pirlo Fatih Terimin taktika savadına şübhə etdiyini yazıb:

“Fəaliyyətə başladığı ilk günlərdə onun keçirdiyi iclaslar unudulmaz idi. O, əlinə bir təbaşir götürərək taktiki lövhəyə 11 dairə çəkirdi. Hər dairə meydana çıxacaq bir futbolçunu təmsil edirdi. Ancaq sonra lövhə onun çəkdiyi oxlardan və qaralamalardan elə hala gəlirdi ki, heç nə başa düşmək olmurdu. Qısası, tam bir xaos. Lövhəyə baxanda yalnız qapıçı hansı mövqedə oynacayağını bilirdi.
Bir dəfə toplantıda bir dairə çəkib, Kostakurtaya xitabən “sən burda olmalısan” dedi. Axırda dözməyib ona bildirdim ki, “patron, az əvvəl o göstərdiyin dairədə mənim olacağımı söyləmişdin”.
İşin ən pis tərəfi o idi ki, Terim danışdıqca müdafiə xəttindəki futbolçularla hücumdakıları qarışdırmağa başlayırdı. Artıq vəziyyət elə həddə çatmışdı ki, biz futbolçular öz aramızda zarafatla deyirdik: “Yəqin Terim Berluskoninin heç kimə danışmadığı yuxusu olan 2-4-4 taktikasını həyata keçirir”.
Ancaq zarafat bir yana, Terimin taktiki savadı çox aşağı idi. Bütün komandanı oyuna qışqırıb-bağırmaqla motivasiya etməyə çalışırdı. Belə olan halda, yaxşı nəticə qazanmağa ümid edirdi. Bəlkə də başqa yerlərdə onun bu istəyinin həyata keçməsi mümkün idi. Amma bu plan “Milan”da özünü doğrulda bilməzdi və doğrultmadı da. “Milan”da uzun müddət qalmaq üçün daha yaxşı işlər görməyə ehtiyac var”.
Xatırladaq ki, Fatih Terim 2001-ci ildə “Milan”da bir neçə ay işləyib, sonra istefaya göndərilib.
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu