Braziliya - Peru oyununda qalmaqallı qol (VİDEO)

Braziliya - Peru oyununda qalmaqallı qol (VİDEO)
VİDEO 13 İyun 2016 / 11:25 5689
-  A +

Amerika kubokunun qrup mərhələsində keçirilən Braziliya - Peru oyunu qalmaqalla yadda qalıb. 
 
Qol.az-ın məlumatına görə, buna perulu futbolçu Raul Ruidiazın görüşün 75-ci dəqiqəsində topu əli ilə rəqib qapısından keçirməsi səbəb olub. 

Matçın baş hakimi əvvəlcə tərəddüd etsə də, sonda mərkəzi göstərib. Bu qol sayəsində meydanı xalsız tərk edən Braziliya yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə mübarizəni dayandırıb.


Son xəbərlər
topaz banner