"Xəzər Lənkəran"a lisenziya versək, AFFA-ya sanksiya gələcək"

"Xəzər Lənkəran"a lisenziya versək, AFFA-ya sanksiya gələcək"
ÖLKƏ FUTBOLU 7 İyun 2016 / 10:22 5676
-  A +

Topaz Premyer Liqasında növbəti mövsümlə bağlı AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclası olacaq.

Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov "Xəzər TV"də "Futbol Saatı" proqramında açıqlama verib.

O bildirib ki, İK-nın növbəti toplantısında çempionatda komandaların sayı, reqlamenti, təqvimi müzakirə olunacaq: "Hazırda 8 klub AFFA-dan lisenziya ala bilib. Bununla da növbəti mövsümdə Premyer Liqada bu sayda komanda iştirak etməlidir. Belə olarsa, Azərbaycan Avropada 4-cü belə ölkə olacaq. Çünki hazırda 3 ölkənin çempionatında 8 komanda var. Düzdür, AFFA-nın İcariyyə Komitəsinin hüquqi səlahiyyəti var ki, lisenziya almayan komandalara məsələlərini həll etmək üçün 2-3 həftə vaxt versin. Ancaq biz işin içindəyik və inanmıram ki, 1 ilə lisenziya məsələsini həll etməyən klublar 2-3 həftəyə bunu yoluna qoysunlar".   Məmmədov "Xəzər Lənkəran"ın Premyer Liqada çıxış etməməsini böyük zərbə olduğunu bildirib: "Burada söhbət gedirdi ki, komanda son oyunda uduzdu, birinci divizionda düşdü və ona görə Premyer Liqada çıxış etməyəcək. Ancaq əslində, problem mövsüm boyu olub. "Xəzər Lənkəran"ın legionerlərə böyük məbləğdə borcu var. Biz bu kluba lisenziya versək, onda UEFA audit komitəsini Azərbaycana göndərəcək. Artıq bu zaman sanksiya AFFA-ya gələcək ki, bu da bütün Azərbaycan futboluna zərbə deməkdir"(Sportnet.az).

Daha çox


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə