Maskerano qərarını açıqladı

Maskerano qərarını açıqladı
DÜNYA FUTBOLU 6 İyun 2016 / 14:52 8916
-  A +

"Barselona"nın müdafiəçisi Xavyer Maskerano komandada qalacaq.

Qol.az-ın "Ole"yə istinadən verdiyi xəbərə görə, bu barədə argentinalı futbolçunun özü məlumat verib.

"Barselona"dakı gələcək taleyimə aydınlıq gəldi. Transferə çıxarılmayacam. Rəhbərlik mənim oyunumdan razıdır. Komandanın sənə ehtiyacı olduqda, klubdan ayrılmaq çox çətindir. Getmək şansın hər zaman var. Amma mən "Barselona"da qalacam".

Qeyd edək ki, Maskeranonun İtaliyanın "Yuventus" klubuna transfer olunacağı iddia edilirdi.


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner