"Qəbələ"nin futbolçuları Mars və Saturnu seyr etdi

"Qəbələ"nin futbolçuları Mars və Saturnu seyr etdi
XƏBƏR 2 İyun 2016 / 00:30 4141
-  A +

Gənclərin idmanla yanaşı intellektual inkişafının təminatını daim diqqətdə saxlayan “Qəbələ” İdman Klubu bu istiqamətdə daha bir təşəbbüs həyata keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu günlərdə “Qəbələ” Futbol Akademiyasının 15 yaşa qədər futbolçulardan ibarət komandasının oyunçuları üçün Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya təşkil olunub.
 
Gənc futbolçular əvvəlcə Pirqulunun gözəl təbiətini gəzib, rəsədxananın Astronomiya Muzeyini seyr edib və alimlərin iş şəraiti ilə tanış olublar. Müəssisənin böyük elmi işçisi Bahadır Abdullayev “Qəbələ” futbolçularını salamlayaraq onlara astronomiya elmi, rəsədxana, teleskop və göy cisimləri haqqında geniş məlumat verib.

Muzeyin eksponatları sırasında 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşmüş, tərkibi 92 faiz dəmir olan 127 kiloqramlıq meteorit “Qəbələ”lilərin xüsusi marağına səbəb olub. Sonra, rəsədxananın elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov və baş mütəxəssisi, bələdçi Müşfiq Hüseynov gənc oyunçulara Günəş sistemi, o cümlədən qalaktika, ulduz və planetlərdən ətraflı bəhs ediblər. Qəbələdən olan qonaqlar gecə saatlarında teleskopla Mars və Saturn planetlərini müşahidə ediblər.

Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner