Klub prezidenti baş məşqçini qovdu

Klub prezidenti baş məşqçini qovdu
XƏBƏR 2 İyun 2016 / 00:01 4040
-  A +

İngiltərə çempionşipdə mübarizə aparan "Lids" klubu baş məşqçisi Stiv Evansla yollarını ayırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə qərarı klubun prezidenti Massimo Çellino verib.

53 yaşlı mütəxəssis Çellinonun qovduğu 6-cı baş məşqçi olub. Şotlandiyalı mütəxəssis köməkçisi ilə birgə müqaviləsinin başa çatmasına 30 gün qalmış vəzifəsindən göndərilib.

Qeyd edək ki, "Lids" klubu çempionşipdə ötən mövsümü 13-cü pillədə başa vurub. 


Qarabağ FK
Son xəbərlər
06.10.26  09:18

Son məşq - Video

topaz banner