"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo yenidən maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütxəssis Madrid "Real"ını çalışdırdığı dönəmdə rəqabətdə olduğu "Barselona"dakı həmkarı Pep Qvardiola haqda danışıb.
Mourinyo yeni mövsümdən "Mançester Siti"ni çalışdıracaq Qvardiola ilə rəqabətə köklənməyin yanlış addım olacağını bildirib:
"İspaniyada işlədiyim dönəmdə ya mən, ya da o çempion oldu. Ancaq indi bir-birimizlə rəqabətə köklənsək, səhvə yol verərik. Çünki belədə bizim komandalarımız yox, üçüncü bir komanda çempion olacaq. La Liqa ilə müqayisədə Premyer Liqa daha çətin çempionatdır".
"Zirə"dən yeni transfer
Ronaldodan daha bir ilk
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər
"İmişli" yeni baş məşqçisini açıqladı
"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu
Daha 2 il "Sumqayıt"da
DÇ-2026 Rayan Şerkini yuxusuz qoydu