Türkiyəli futbolçu rəsmən "İnter"də

Türkiyəli futbolçu rəsmən "İnter"də
XƏBƏR 1 İyun 2016 / 18:17 10765
-  A +

"Fənərbaxça"nın müdafiəçisi Caner Erkinin yeni klubu müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu yeni mövsümdən İtaliya "İnter"inin şərəfini qoruyacaq.

Türkiyə millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2010-2016-cı illərdə "Fənərbaxça"da çıxış edən Caner keçirdiyi 157 oyunda 9 qol vurub.


Qarabağ FK
Son xəbərlər
20.08.26  13:58

La Liqada 400-cü oyun

topaz banner