"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda xoş sözlər deyib.
Qol.az-ın məlumatına görə, ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Q.Qurbanovun “İnter”lə çempionat oyununda penaltini kənara vurmaqla bağlı futbolçusuna verdiyi göstərişlə bağlı sualı cavablandırarkən deyib:
"Daha öncə söyləmişəm və bir daha təkrar edirəm ki, Qurban Qurbanov möhtəşəm məşqçi və əla insandır. Buna görə də onun "İnter"lə Premyer Liqa matçında futbolçusuna penalti zərbəsini bilərəkdən kənara vurması ilə bağlı göstərişi məni təəccübləndirmədi. Belə bir insanla gözəl münasibətim olduğu üçün şadam. Biz istənilən vaxt zəngləşə və ya hər hansı mövzuda söhbət edə bilərik".
"Zirə"dən yeni transfer
Ronaldodan daha bir ilk
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər
"İmişli" yeni baş məşqçisini açıqladı
"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu
Daha 2 il "Sumqayıt"da
DÇ-2026 Rayan Şerkini yuxusuz qoydu