"Qarabağ" "Neftçi" ilə oyunun biletlərini satışa çıxardı

"Qarabağ" "Neftçi" ilə oyunun biletlərini satışa çıxardı
XƏBƏR 22 May 2016 / 13:43 6973
-  A +

Mayın 25-də Azərbaycan kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" matçın biletlərini bugündən etibarən satışa çıxarıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, “Qarabağ” azarkeşləri üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdır.

Xatırladaq ki, mayın 25-i keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da start götürəcək.

Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner