Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, baş tutacaq 4 qarşılaşmadan sonra yarımfinalçıların adı bəlli olub.
Günün ən maraqla gözlənilən oyunu Liverpulda keçirilib. Şəhərin eyniadlı komandası Dortmund “Borussiya”sını qəbul edib. İlk oyunda 1:1 hesablı bərabərliyin qeydə alınması cavab matçına marağı bir qədər də artırırdı. Matçın gedişində 1:3 hesabı ilə geri düşən "Liverpul" 3 qol vurmaqla görüşdən qalib ayrılıb - 4:3. Bu hesab Yurgen Kloppun "Liverpul"unu yarımfinala yüksəldib.
Digər oyunlarda “Sevilya” “Atletik”i sınağa çəkib. Öz meydanında rəqibinə 1:2 hesabı ilə uduzan Bilbao təmsilçisi səfərdə həmin məğlubiyyətin əvəzini çıxıb. Hər iki görüşdə 1:2 hesabı qeydə alındığından əlavə vaxta ehtiyac duyulub ki, burada da qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan "Sevilya" yarımfinala yüksəlib - 5:4.
“Sparta” (Praqa) evdə “Vilyareal”a 2:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. “Şaxtyor” isə evdə “Braqa”ya 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Qeyd edək ki, bu oyunlardan sonra Avropa Liqasının yarımfinalçıları müəyyənləşib. Beləliklə, finala gedən yolda "Şaxtyor" (Ukrayna), "Sevilya" (İspaniya), "Liverpul" (İngiltərə) və "Vilyareal" (İspaniya) klubları mübarizə aparacaq.
14 aprel
Avropa Liqası, 1/4 finalın cavab oyunları
23:05. "Liverpul" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 4:3
Qollar: Mxitaryan, 5 (0:1), Obemaynq, 9 (0:2), Orici, 48 (1:2), Roys, 57 (1:3), Koutinyo, 66 (2:3), Sako, 78 (3:3), Lovren, 90+1 (4:3)
Liverpul. "Enfild" stadionu
İlk oyun: 1:1
23:05. "Sevilya" (İspaniya) - "Atletik" (Bilbao, İspaniya) - 1:2 (Penaltilər seriyası - 5:4)
"Sevilya": + + + + +
"Atletik": + + + - +
Qollar: Aduriz, 57 (0:1), Qameyro, 59 (1:1), Qarsiya, 80 (1:2)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun: 2:1
23:05. "Sparta" (Praqa) - "Vilyarreal" (İspaniya) - 2:4
Qollar: Bakambu, 5 (0:1), Kastilleyo, 43 (0:2), Bruno, 45+1 (0:3), Bakambu, 49 (0:4), Doçkal, 65 (1:4), Krejçi, 71 (2:4)
Praqa. "Letna" stadionu
İlk oyun: 1:2
23:05. "Şaxtyor" (Ukrayna) - "Braqa" (Portuqaliya) - 4:0
Qollar: Srna, 25-pen (1:0), Fereyra, 43-avtoqol (2:0), Kovalenko, 50 (3:0), Fereyra, 74-avtoqol (4:0)
Lvov. "Lvov Arena"
İlk oyun: 2:1
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL