"Barselona"da ciddi itki

"Barselona"da ciddi itki
DÜNYA FUTBOLU 11 Aprel 2016 / 19:44 8744
-  A +

"Barselona"nın futbolçusu Rafinya zədələnib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçi sol ayağından zədə alıb. Onun hansı müddət yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşməyib.

Rafinyanın ən azı Çempionlar Liqasının 1/4 finalında "Atletiko" (Madrid) ilə cavab qarşılaşmasında oynamayacağı gözlənilir.

Qeyd edək ki, "Atletiko" - "Barselona" oyunu aprel 13-ü keçiriləcək.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner