Azərbaycanlı futbolçudan Latviyada əsgər salamı (VİDEO)

Azərbaycanlı futbolçudan Latviyada əsgər salamı (VİDEO)
VİDEO 11 Aprel 2016 / 00:22 7460
-  A +

Latviyanın “Dauqavpils" klubunda çıxış edən azərbaycanlı futbolçu Orxan Qurbanlı yeni komandasında ilk qolunu vurub.

Qol.az-ın məlumatına görə, Latviya kubokunun 1/4 finalında səfərdə “Metta”ya 2:0 hesabı ilə qalib gələn “Dauqavpils” yarımfinala yüksəlib.

Orxan Qurbanlı matçın 19-cu dəqiqəsində digər azərbaycanlı futbolçu Mirabdulla Abbasovun ötürməsini qola çevirib. Diqqət çəkən maraqlı məqam isə Orxanın qoldan sonra, ermənilərlə döyüşdə şəhid olan hərbçilərimizin xatirəsinə əsgər salamı verməsi olub.

Xatırladaq ki, müqavilə ilə “neftçi”yə məxsus olan Orxan və Mirabdulla “Dauqavpils"də icarə əsasında çıxış edir.



Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner