Millimiz İrlandiyaya böyük hesabla uduzdu

Millimiz İrlandiyaya böyük hesabla uduzdu
XƏBƏR 8 Aprel 2016 / 00:13 3986
-  A +

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün millimiz  mübarizə apardığı 1-ci qrupda ikinci oyununa çıxıb.
 
Patrisiya Qonzalesin komandası meydan sahibi olan İrlandiya yığması ilə qarşılaşıb. Komandamız rəqibinə 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, millimiz ilk oyunda Polşa ilə qolsuz heç-heçə edib.

Turun digər oyununda Almaniya Polşa ilə üz-üzə gələcək.
 


7 aprel

Avropa çempionatın elit-raundu, I qrup, II tur
 
22:30. İrlandiya – Azərbaycan - 3:0
Qollar:
Roma Maklaugli, 15 (1:0), Hayley Nolan, 60-pen (2:0), Niamh Prior, 71 (3:0)
Baş hakim: Ana Miniç (Serbiya)
Dublin. “Tallagt” stadionu

 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner