Bu gün 27 yaşı olan “Kəpəz”in futbolçusu Şəhriyar Rəhimovun klubun saytına müsahibəsi
- Şəhriyar, səni təbrik edirik...
- Doğum günümü unutmadığınıza və təbrikə görə minnətdaram. İnşallah, bu il mənim üçün uğurlu olar. Əsas arzularım “Kəpəz” ilə bağlıdır. Komandanın Avropa Liqasına vəsiqə qazanmasını istəyirəm. Belə imkan qazansaq, bu, mənim üçün hədiyyə olar. Yeri gəlmişkən, qitə miqyaslı turnirdə oynamaq tək mənim yox, hamının arzusudur.
- “Kəpəz”ə keçməklə karyeranda yeni bir səhifə açdın...
- Gəncə klubuna keçməklə yanılmamışam, düzgün addım atmışam. Mehriban kollektiv var. Yerli və ya legioner futbolçu fərqi yoxdur, hamı eyni məqsədi həyata keçirmək üçün bura toplaşıb. “Kəpəz” mənim karyeramda yeni komanda olsa da, tarixi zəngin klubdur, titulları var. Böyük komandanın futbolçusuyam. “İnter” ilə Çempionlar Liqasının təsnifat mərhələsində oynamışam, indi isə “Kəpəz” ilə Avroliqada çıxış etməyi arzulayıram. Bunun öhdəsindən gəlmək üçün bütün gücümüzü səfərbər etmişik. Bu, azarkeşlər üçün də mövsümün hədiyyəsi olar.
- Azarkeşləri qeyd etmişkən, dolu tribunlar önündə oynamaq sizlərə hansı hissləri yaşadır?
- Azarkeşlər bizim “12-ci oyunçu”muzdur. Komandanın çıxışında onların da rolu var. Sağ olsunlar, bizə çox yaxşı dəstək verirlər. Bu qədər tamaşaçının önündə oynamaq məsuliyyətlidir. Onların qarşısında özümüzü əsl futbolçu hiss edirik. Sanki Avropa meydanlarında oynayırıq.
- Çempionatın debütantı olan Gəncə klubundan bu cür çıxış gözlənilmirdi. Nəyin hesabına komanda ümidləri doğrultdu?
- Bizim uğurlu çıxışımızda bir sıra amillər var. Klub rəhbərliyi, məşqçilər heyəti, futbolçular və azarkeşlər bir məqsəd üçün çalışırlar ki, bu da bizi güclü edir. Hamı uğurlu çıxışımızda əmək sahibidir.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi