Van Qal Hollandiya yığmasında işləməkdən imtina etdi

Van Qal Hollandiya yığmasında işləməkdən imtina etdi
XƏBƏR 6 Aprel 2016 / 17:54 2557
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal Hollandiya Futbol Federasiyasından təklif alıb.

Qol.az-ın Hollandiya mətbuatına istinadən verdiyi məlumata görə, ona yığmanın texniki direktoru vəzifəsi təklif olunub.

Lakin 64 yaşlı mütəxəssis yığmada işləməkdən imtina edib. Van Qalın müqaviləsinin sonuna qədər "Mançester Yunayted"də qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, van Qalın "Mançester Yunayted"lə müqaviləsi 2017-ci ilin yayında başa çatacaq.


Son xəbərlər