Azarkeşlərdən əsgərlərimizə dəstək aksiyası (FOTO, VİDEO)

Azarkeşlərdən əsgərlərimizə dəstək aksiyası (FOTO, VİDEO)
XƏBƏR 6 Aprel 2016 / 14:05 3763
-  A +

Bu gün metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında futbol komandalarının fan-klublarının iştirakı ilə son günlər cəbhə xəttində şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə aksiyası keçirilib.

Qol.az-ın verdiyi məlumata görə, aksiyaya 2 mindən artıq azarkeş qoşulub.

Birlik nümayiş etdirənlər sırasında "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran", "Kəpəz", "Qəbələ", "Bakı" azarkeşləri və Azərbaycan komandalarını avrokuboklarda dəstəkləyən fan-klublar yer alıb.

Aksiya dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müxtəlif şüarlar səsləndirən azarkeşlər Şəhidlər Xiyabanına üz tutublar.



Azarkeşlərdən əsgərlərimizə dəstək aksiyası (FOTO, VİDEO)

 
Azarkeşlərdən əsgərlərimizə dəstək aksiyası (FOTO, VİDEO)
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
topaz banner