Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Sxadadze Qazaxıstanın "Kayrat" futbol komandasına baş məşqçi təyin olunub.
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə 48 yaşlı mütəxəssisin köməkçisi Georgi Çixradze açıqlama verib.
K.Sxadadze bir neçə gün öncə klubun "Besaqaş" bazasına baş çəkib. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Gürcüstanlı mütəxəssis yeni vəzifədə Aleksandr Borodyuku əvəzləyib. Bu mövsüm "Kayrat" ilk 3 turda cəmi 1 xal toplayıb və hazırda 9-cu pillədədir.
Qeyd edək ki, Kaxaber Sxadadze 2009 - 2014-cü illərdə "İnter"in sükanı arxasında olub. Onun son iş yeri 2014-cü ilin noyabrından 2016-cı ilin fevralınadək rəhbərlik etdiyi Gürcüstan yığması olub.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər