Messi: "İngiltərə və İtaliya futbolunu bəyənirəm"

Messi: "İngiltərə və İtaliya futbolunu bəyənirəm"
XƏBƏR 28 Mart 2016 / 19:17 6126
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi gələcək karyerası haqda növbəti açıqlama verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu futbolçu karyerasını Kataloniya klubunda başa vurmaq istədiyini deyib:

"İngiltərə və İtaliya futbolunu bəyənirəm. Bu ölkələrin liqalarındakı derbiləri izləyirəm. Ancaq mən karyeramı "Barselona"da başa vurmaq istəyirəm. Şərtlər bu cür davam etsə, Kataloniya klubundan ayrılmayacam".


Qarabağ FK
Son xəbərlər
topaz banner