Dünya futbolunun canlı əfsanələrindən olan Yohan Kroyf bu gün vəfat edib.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkən Kroyf 68 yaşında dünyasını dəyişib.
Futbola "Ayaks"da başlayan və daha sonra dünya ulduzuna çevrilən əfsanəvi oyunçu karyerası ərzində bir sıra titullar qazanıb. O, 9 dəfə Hollandiya çempionluğu, 3 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA super kubokunu qazanıb. Kroyf eyni zamanda 1974-cü ildə dünya çempionatının gümüş medallarına da sahib çıxıb.
Qeyd edək ki, 20-ci əsrin ən yaxşı futbolçularından sayılan Kroyf 3 dəfə "Qızıl top" mükafatına yiyələnib.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər