Bakı Metropolitenindən "Qəbələ"yə müsbət cavab

Bakı Metropolitenindən "Qəbələ"yə müsbət cavab
XƏBƏR 9 Dekabr 2015 / 17:03 3068
-  A +

Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb.
 
Qol.Az-ın klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, müraciət Rusiya "Krasnodar"ı ilə Avropa Liqasının qrup mərhələsindəki VI tur matçından sonra metronun iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə edilib.

"Qəbələ" İdman Klubu dekabrın 10-da saat 22:00-da başlanacaq qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq bu addımı atıb. Öz növbəsində Bakı Metropoliteni də müraciəti müsbət cavablandırıb. Klub isə buna görə Metropolitenə təşəkkür edib.

Qeyd edək ki, "Qəbələ" - "Krasnodar" matçı sabah metronun "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarına yaxın olan "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər