"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" futbolçusu Artur Endjerçiki icarəyə verib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, polşalı futbolçu karyerasını vətənində davam etdirəcək.
28 yaşlı futbolçu mövsümün sonuna qədər "Legiya" klubunda oynayacaq. O, Rusiya Premyer Liqasındakı legioner limiti səbəbindən mütəmadi olaraq "Krasnodar"ın əsas heyətində meydana çıxa bilmir.
"Avro-2016"nın final mərhələsində çıxış edəcək Polşa yığmasına dəvət almaq istəyən Endjerçik oyun praktikası toplaması üçün "Krasnodar" rəhbərliyindən icarəyə verilməsini xahiş edib. Rəhbərliklə razılıq əldə olunub və müdafiəçi mövsümün sonuna qədər "Legiya"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, 2013-cü ildə "Legiya"dan transfer olunan Artur Endjerçik "Krasnodar"ın heyətində 70 oyun keçirib və cəmi 1 qol vurub.
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması