Azərbaycan Premyer Liqasının XV turunda keçirilən və 2:2 hesablı bərabərliklə nəticələnən “Sumqayıt” - “Kəpəz” oyunu maraqlı epizodla yadda qalıb.
Qol.Az-ın Gəncə klubunun saytına istinadən yaydığı xəbərə görə, matçın 2-ci dəqiqəsində “sarı-göylər”in üzvü Şəhriyar Əliyev rəqib qapısı önündə qarışıqlıq zamanı eyni epizodda iki dəfə topu tirə vurub. Adətən standart vəziyyətlərdə hücuma atılan müdafiəçi həmin epizoda şərh verib:
“Karyeramda birinci dəfə idi ki, bir epizodda ardıcıl olaraq iki dəfə zərbəm tirə dəydi (gülür). Özüm də şokdayam, artıq neçə oyundur ki, zərbələrim dirəyə və ya tirə tuş gəlir, qapıya düşmür. Bundan öncə AZAL və “İnter” ilə oyunlarda belə şansızlıq yaşamışdım. Sonuncu dəfə “Sumqayıt”a qarşı görüşdə eyni hal təkrarlandı. Sadəcə, bəxt imkan vermir qol vurmağıma. İnşallah, “Rəvan”la oyunda meydana çıxsam, bunların əvəzini çıxmağa çalışacağam. Hər iki dirəyə və tirə vurmuşam, bir qapıya düşmək qalıb”.
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması