"Riyazi olaraq, "Anderlext"lə qarşılaşmada şansımız var. Brüsselə qələbə üçün gedirik. Çünki heç-heçə bizi qane etmir".
Qol.Az-ın "Sportnet.az"a istinadən verdiyi məlumata görə, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.
Avropa Liqasında qrup mərhələsinin son tur matçı barədə danışan müdafiəçi "Anderlext"lə səfər qarşılaşmasının son şans olduğunu bildirib: "Bu şansdan maksimum istifadə etməliyik. İnanıram ki, uşaqlar can-başla oynayacaqlar. Əlimizdən gələni edəcəyik ki, "Anderlext"ə qalib gələk".
26 yaşlı futbolçu rəqibin ölkə çempionatındakı nəticələrinin komandada qorxu yaratmadığını söyləyib: "Artıq biz "Anderlext" kimi komandalara qarşı oynamışıq və təcrübəmiz var. Tək missiyamız rəqibi keçməkdir".
Medvedev qrupun digər - "Tottenhem" - "Monako" oyununda qeydə alınacaq nəticə haqda da fikirlərini bildirib: "Təki qalib gələk, "Monako" Londonda heç-heçə oynasın. İstəyirik ki, "Anderlext"ə səfərdə qalib gələk".
Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"suna uduzmamalıdır.
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması